İngiltərənin "Fulhem" klubu hücumçu Rodriqo Munizin müqaviləsinin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb. 24 yaşlı forvardın maaşı da artırılıb.
Qeyd edək ki, "Fulhem" Rodriqo Munizi 2021-ci ilin yayında "Fulhem"dən transfer edib. "Sambaçı" bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.