Azərbaycanda ötən mövsümün ən yaxşı minifutbolçusu müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə 2025/2026 mövsümü üçün təşkil olunmuş püşkatma mərasimində məlumat verilib.

 

Bu ada Azərbaycan yığmasının üzvü Təmkin Xəlilzadə layiq görülüb.

 

Ona mükafatı Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov təqdim edib.

 

Qeyd edək ki, Azərbaycan millisi bu il Bakıda keçirilmiş dünya çempionatının qalibi olub.