"Liverpul"un müdafiəçisi İbrahima Konate karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "İnter" fransalı futbolçunu heyətinə qatmaq istəyir.

 

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

Konatenin İngiltərə klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır. A Seriyası nəhəngi bu amildən yararlanaraq azad agent statusunda olacaq 26 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmağa çalışacaq.

 

Fransa millisinin üzvü ilə "Real" da maraqlanır.

 

Qeyd edək ki, "Liverpul" İbrahima Konateni 2021-ci ilin yayında "Leypzssiq"dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.