"Everton"un vingeri İliman Ndiaye Premyer Liqada nümayiş etdirdiyi uğurlu oyunla aparıcı klubların diqqət mərkəzinə düşüb. 25 yaşlı futbolçu yay "transfer pəncərəsi" ərəfəsində bir sıra İngiltərə nəhənglərinin maraq dairəsinə daxil olub. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Mənbənin məlumatına görə, "Arsenal", "Tottenhem", "Mançester Yunayted" və "Çelsi" Ndiyayenin çıxışlarını yaxından izləyir. Futbolçunun "Everton"dakı stabil oyunu onun Premyer Liqanın ən perspektivli hücumçularından biri kimi qiymətləndirilməsinə səbəb olub.

Qeyd edək ki, Ndiaye bu mövsüm "mersisayd" klubunun heyətində 21 rəsmi matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.