Fransanın "Monako" klubunun yarımmüdafiəçisi Pol Poqba bu həftə idman karyerasından kənar görünməz addımla gündəmə gəlib. Sport24.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən "Al Haboob" dəvə-yarışı klubunun səhmdarı və rəsmi səfiri olduğunu elan edib.

 

İdman dünyasından təxminən 2 il kənarda qalan 32 yaşlı futbolçunun bu addımı onu sıradan meydan futbolçusundan regional investisiyaçıya doğru yönəldib. Poqbanın sözlərinə görə, o, uzun müddətdir "YouTube"da dəvə yarışlarını izləyirmiş və bu sahənin ənənə, miras və perspektiv daşıdığını öyrənib.

 

"Al Haboob" komandası Körfəz Əməkdaşlıq Şurasına (BƏƏ, Səudiyyə, Oman, Qətər, Bəhreyn, Küveyt və s.) daxil olan ölkələrdə yarışlarda iştirak edir və klubun iddiasına görə, dünyada peşəkar ilk dəvə-yarışı komandasıdır.

 

Poqbanın bu investisiyası yalnız maliyyə deyil, həm də idman karyerasından sonra alternativ yol seçimi olaraq görünür:

 

"Bəlkə bir gün dünyanın ən bahalı dəvəsinə sahib olaram", deyə o bildirib.