İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, London təmsilçisi “Atalanta”dan Pyerluici Qollinini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Tottenhem” 26 yaşlı qapıçını satınalma hüququ ilə birlikdə 1 illik icarəyə götürüb.

“Tottenhem” 2022-ci ilin yayında 15 milyon avro ödəyərək, Qollininin transfer hüquqlarına sahib ola bilər.