Niderlandlı müdafiəçi Ruben Klüyvert karyerasını "Lion"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, məşhur sabiq hücumçu Patrik Klüyvertin oğlu və "Bornmut"un futbolçusu Castin Klüvertin qardaşı olan 24 yaşlı futbolçu 2024-cü ildən Portuqaliyanın "Casa Pia" klubunda çıxış edir. Fransa klubu onun keçidini 4 milyon avroya razılaşıb.

 

Qeyd edək ki, 24 yaşlı futbolçu ilə müqavilənin müddəti 5 il üçün nəzərdə tutulub.