Fransalı mütəxəssis Zinəddin Zidan məşqçilik karyerasına ölkəsində davam edə bilər. Sport24.az xəbər verir ki, PSJ rəhbərliyi onun xidmətində maraqlıdır.

 

Bu barədə Fransa mətbuatı məlumat yayıb.

 

Paris klubunun rəhbərliyi komandanın Çempionlar Liqasında pley-off mərhələsinə şans qazana bilməyəci halda, baş məşqçi Luis Enrike ilə yolları ayıracaq. PSJ-də bu posta əsas namizəd Zidandır.

 

Fransalı mütəxəssis 2016-2018 və 2019-2021-ci illərdə "Real"a rəhbərlik edib. O, 2021-ci ilin yayından işsizdir.

 

PSJ Çempionlar Liqasında 5 turdan sonra 4 xalla 25-ci sıradadır.