"İnter" "Palmeyras"ın futbolçusu Xose Manuel Lopezlə yaxından maraqlanır. Sport24.az xəbər verir ki, "nerazzura" 25 yaşlı mərkəz hücumçusunu mövsümün sonunda transfer etməyi planlaşdırır.
Lopez özü də, "İnter"də oynamaq niyyətindədir. O, Argentina millisindəki komanda yoldaşı, "İnter"in aparıcı hücumçusu Lautaro Martinezə də bu haqda fikrini bildirib.
Xose Manuelin "Palmeyras"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, bunda əvvəl ölkəsində "Lanus"un formasını geyinib.