"Lion"un futbolçusu Mahamadu Diavara Fransa U-19 milli komandasının düşərgəsini tərk edib. Sport24.az xəbər verir ki, buna səbəb 19 yaşlı müdafiəçinin oruc tutmasıdır.

 

Məlumatı Fransa Futbol Federasiyasının mətbuat xidməti yayıb. Fransa milli komandalarında oyunçuların oruc tutması qadağandır. 

 

Qeyd edək ki, Diavaranın əvəzinə "Nant"ın futbolçusu Dehmain Tabibu yığmaya çağırılıb.