"Real" rəhbərliyi müdafiəçi Dani Karvahalın müqaviləsini yeniləməmək qərarına gəlib. Sport24.az xəbər verir ki. bu barədə "Marca" nəşri məlumat yayıb.

 

"Kral klubu"nun öz yetirməsi olan futbolçunun hazırkı müqaviləsi bu yay başa çatır. 34 yaşlı müdafiəçi əsas komandada 13 mövsüm keçirdikdən sonra Madrid klubundan ayrılacaq. Bir müddət əvvəl mətbuatda "Xetafe"nin müdafiəçinin xidmətində maraqlı olduğu barədə xəbərlər yayılıb. 

 

Karvahal xaçvari bağ zədəsi səbəbindən ötən mövsüm demək olar ki, meydana çıxmamışdı. 2025/26 "futbol ili"ndə isə diz əməliyyatı keçirmiş, iki aydan çox müddətə sıradan çıxmışdı. 

 

Qeyd edək ki, Karvahal bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 20 oyun keçirib.