Misli Premyer Liqasının 30-cü turu çərçivəsində bu gün daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, qarşılaşmalardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.
Günün ilk matçında "Şamaxı" "doğma divalar" arasında "Sabah"ı qəbul edir. Bu oyun hər iki komanda üçün formal xarakter daşıyır. Qonaqlar artıq çempionluğu rəsmiləşdiribsə, meydan sahiblərinin elitanı tərk etməyəcəyi və ya avrokuboklara yollanmayacağı məlumdur. İstisna hal kimi yalnız onu qeyd etmək olar ki, Ayxan Abbasovun komandası qalib gələcəyi halda "Sumqayıt"la xallarını bərabərləşdirə, turnir cədvəlində vəziyyətini bir qədər yaxşılaşdıra bilər.
Qeyd edək ki, görüşün start fiti saat 16:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXX tur
16:00. "Şamaxı" - "Sabah"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı. Şəhər stadionu.