"Mançester Yunayted"in müvəqqəti məşqçisi Rud van Nistelroy İngiltərə Kubokunda "Lester"ə qalib gəldikləri oyunu dəyərləndirib. Sport24.az xəbər verir ki, mütəxəssis 5:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:
"Bu oyunda bir az şanslı idik. Daha əvvəl "Vest Hem" və "Fənərbağça" ilə matçlarda çoxlu imkanlar yaratsaq da, fərqlənə bilmirdik. Bu gün isə bəxt üzümüzə güldü və gözəl axşam keçirdik.
"Lester"in qollarına yaxşı reaksiya verdik. Futbolçularımız təriflərə layiqdirlər. Daha yaxşısını arzu edə bilməzdim".