"Əl Hilal"ın futbolçusu Neymar ilin sonuna kimi Braziliya yığmasına dəvət almayacaq. Sport24.az xəbər verir ki, 32 yaşlı vinger zədəsini yeni sağaltsa da, millinin noyabrdakı Venesuela və Uruqvayla oyunlarına çağırılmayacaq.

 

Neymar 2023-cü ilin oktyabrında Braziliya millisinin düşərgəsində ciddi zədə almışdı və bir ay yaşıl meydanlardan kənarda qalmışdı.