"Sevilya"nın futbolçusu Xesus Navas karyerasını bitirib. Sport24.az xəbər verir ki, La Liqada dünən "Real"la səfər görüşü onun peşəkar futbolçu kimi son matçı olub.
İspaniyalı vinger matçdan sonra fikirlərini bölüşüb:
"Həyatımda rəqib meydanında belə dəstək görməmişdim. Bu, dəlilikdir. Son bir neçə dəqiqədə karyeramda yaşadığım bütün anları, xatirələri, komandalarımı, milliyə olan sevgimi xatırladım. Sonuncu dəfə meydana baxdım. Düşünürəm ki, bu qədər insanı xoşbəxt etmək unikal bir şeydir".
39 yaşlı futbolçu karyerası ərzində "Sevilya" ilə yanaşı, "Mançester Siti"də forma geyinib. O, İspaniya millisində 56 oyunda 5 qol vurub.