"Napoli" "Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Maynunun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, italyanlar 20 yaşlı ingilis futbolçunu 2026-cı ilin yanvarında sonaradan birdəflik almaq şərti ilə icarəyə götürmək istəyir. 

 

"Napoli" Maynuya həftədə təxminən 40 min avro ödəməyə hazırdır. Oyunçunun özü də İngiltərə klubundan ayrılmaq istəyir. O, gələn il keçiriləcək dünya çempionatında İngiltərə heyətinə düşmək üçün daha çox oyun vaxtı qazanmaq istəyir. 

 

Qeyd edək ki, Maynu 2025/26 mövsümündə meydana çıxdığı 8 matçda bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı onun transfer dəyərini 45 milyon avro qiymətləndirir.