Cənubi Koreya çempionatında 26-cı turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" "Qvanqyu" ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.
Krivotsyuk da meydana çıxanlar arasında olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqəni əvəzolunmadan keçirib.
Qeyd edək ki, 26 turdan sonra aktivində 42 xal olan "Daejeon" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.