"Qol vurmaq həmişə xoşdur. Neçə vaxtdır ki, qol vurmaq üçün belə fürsət axtarırdım". Sport24.az xəbər verir ki, bunu Belçika milli komandasının futbolçusu Leandro Trossard AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun son matçında Azərbaycan yığması üzərində qazandıqları qələbəni (5:0) şərh edərkən deyib. 

London "Arsenal"ın rtəcrübəli hücumçusu millimizlə görüşdə qol vurmasına görə sevindiyini vurğulayıb::"Bunu final fitindən əvvəl bacarmağım xüsusilə xoşdu. Təbii ki, bundan əvvəl də fərqlənmək istəyərdim, buna imkanım da az deyildi. Azərbaycanla oyunda fərqlənə bildim və buna görə şad oldum".

Xatırladaq ki, Trossard Brüseldəki görüşün 90-cı dəqiqəsində fərqlənməklə son nöqtəni qoyub.