UEFA Millətlər Liqasının II turunda daha səkkiz oyun baş tutub. Sport24.az xəbər verir ki, A, B və C liqalarında yer alan komandalar münasibətlərinə aydınlıq gətiriblər.

 

B Liqasının IV qrupunda Türkiyə yığması doğma meydanda İslandiyanı yenib. ilk turda İtaliyaya məğlub olan Fransa isə bu dəfə Belçika üzərində inamlı qələbə qazanıb.

 

UEFA Millətlər Liqası, II tur

9 sentyabr

A Liqası, II qrup

Fransa – Belçika 2:0

İsrail – İtaliya 1:2

Turnir vəziyyəti: İtaliya – 6, Fransa – 3, Belçika – 3, İsrail - 0.

 

B Liqası, IV qrup

Türkiyə – İslandiya 3:1

Monteneqro – Uels 1:2

Turnir vəziyyəti: Türkiyə – 4, Uels – 4, İslandiya – 3, Monteneqro – 0. 

 

B Liqası
III qrup

Norveç – Avstriya 2:1

Sloveniya – Qazaxıstan 3:0

Turnir vəziyyəti: Sloveniya – 4, Norveç – 4, Avstriya – 1, Qazaxıstan – 1.

 

C Liqası, II qrup

Kipr – Kosovo 0:4

Rumıniya – Litva 3:1

Turnir vəziyyəti: Rumıniya – 6, Kosova – 3, Kipr – 3, Litva – 0.

 

Qeyd edək ki, C Liqasının I qrupunda yer alan millimiz şənbə günü Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.