"Milan" "Brayton"dan sol cinah müdafiəçisi Pervis Estupinyanı transfer edib. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı Estupinyan klub tarixində ilk ekvadorlu futbolçudur.
"Qırmızı-qaralar" futbolçu ilə 2030-cu ilin iyununa kimi müqavilə imzalayıb. Tanınmış insayder Fabrisio Romanonun sözlərinə əsasən, italyanlar ekvadorlunun transferinə 17 milyon avro xərcləyəcəklər. Əlavə olaraq 2 milyon avro bonus da nəzərdə tutulub.
Qeyd edək ki, Estupinyan 2022-ci ildən "Brayton"da çıxış edir. İngiltərə klubunda 104 oyun keçirən ekvadorlu 5 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb. "Milan"ın yeni futbolçusu Ekvador millisində 48 oyun keçirib və 4 qol vurub.