"Panatinaikos" "Milan"ın sabiq kapitanı David Kalabriyanı transfer edib. Sport24.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.

 

İtalyan futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 28 yaşlı müdafiəçi karyerasının böyük hissəsini "Milan"da keçirib. Ümumilikdə, Kalabriya bütün turnirlərdə "rossonerilər"in heyətində 272 oyunda meydana çıxıb. Futbolçu ötən mövsüm "Bolonya"nın formasını geyinib.