"Milan"ın baş məşqçisi Serjio Konseysao ilə klubun müdafiəçisi Davide Kalabriya arasında münaqişə baş verib. Sport24.az xəbər verir ki, hadisə bu gün "Milan"ın İtaliya A Seriyasının 22-ci turunda "Parma"ya qalib gəldiyi (3:2) oyundan sonra yaşanıb.

 

Bu an İtaliya telekanallarında yayımına da düşüb.

 

Matçdan sonra Konseysao Kalabriyanın üzərinə gedərək ona qışqırmağa başlayıb, futbolçusunu itələyib. Komanda üzvləri münaqişə iştirakçılarını ayırıblar.

 

Kalabriya açıqlamasında hadisənin anlaşılmazlıqdan yarandığını və indi hər şeyin geridə qaldığını deyib.