"Çelsi"nin hücumçusu Kristofer Nkunku karyerasını İtaliya çempionatında davam etdirə bilər. Sport24.az "Sky Sports"a istinadən xəbər verir ki, forvard "Milan"ın maraq dairəsinə düşüb.

 

Mənbənin sözlərinə görə, "Çelsi" və futbolçunun özü  "qırmızı-qaralar"da icarə əsasında yox, tam hüquqlu futbolçu kimi müqavilə bağlamağı planlaşdırır.

 

Qeyd edək ki, yayılan söz-söhbətə əsasən London klubu hücumçunu 45-50 milyon avroya satmaq niyyətindədir.