"Milan" Avstriya millisinin baş məşqçisi Ralf Ranqniki iş təklif edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, "qırmızı-qaralar" ötən həftə avstriyalı mütəxəssislə danışıqlar aparıb. İtaliya təmsilçisi onu baş məşqçi kimi deyil, klubun texniki şöbəsində vəzifə vermək istəyirlər.
Ranqnik 2020-ci ildə "Milan"ın baş məşqçisi təyin olunmağa yaxın olub. Lakin avstriyalı mütəxəssis Zlatan İbrahimoviç müqaviləsi ətrafında rəhbərliklə fikir ayrılığı səbəbindən təyinat gerçəkləşməyib.
Qeyd edək ki, o, 2021-ci ildə Moskva "Lokomotiv"inin direktoru vəzifəsində çalışıb. 2021-ci ildən 2022-ci ilə qədər "Mançester Yunayted"i çalışdırıb. Avstriyalı 2022-ci ildən Avstriya millisinin "sükanı arxasındadır".