"İnter Mayami"nin kapitanı Lionel Messi Səudiyyə Ərəbistanında oynamaq istəyib. Sport24.az xəbər verir ki, bu barədə "L"Équipe" nəşri məlumat yayıb.

 

Argentina millisinin üzvü MLS-də mövsüm bitdəkdən sonra dünya çempionatına yaxşı hazırlaşmaq üçün Səudiyyə Ərəbistanı çempionatında oynamaq istəyində olub. Lakin yerli hökumət ulduz futbolçunun istəyini rədd edib.

 

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. 38 yaşlı vinger bu mövsüm komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 34 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.