"Liverpul" Rayan Qravenberxi uzun müddət komandada saxlamaq istəyir. Sport24.az xəbər verir ki, son İngiltərə çempionu niderlandlı futbolçu ilə yeni müqavilə imzalamağı planlaşdırır.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Klub yaxın günlərdə Qravenberxlə danışıqlara başlayacaq. 23 yaşlı dayaq yarımmüdafiəçisinin 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşməsi daha 2 il uzadılacaq.

 

Qeyd edək ki, "Liverpul" Rayan Qravenberxi 2023-cü ilin yayında "Bavariya"dan 40 milyon avroya transfer edib. Niderland millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.