"Bavariya" Almaniya Kubokunun 2-ci mərhələsində "Köln" üzərində 3:0 hesablı qələbə qazanıb. Sport24.az xəbər verir ki, bu, Münhen təmsilçisi üçün 2025/26 mövsümünün ilk 14 oyundakı 14-cü qələbə olub.
Beləliklə, Almaniya klubu Avropanın TOP-5 liqaları arasında "Milan"a məxsus rekordu qırıblar.
"Rossonerilər" 1992/93 mövsümünün startında 13 ardıcıl qələbə qazanmışdılar. Bu rekord 33 il ərzində qüvvədə qalmışdı.