Messi və Ronaldo yenidən üz-üzə gələ bilər. Sport24.az xəbər verir ki, beynəlxalq marketinq şirkəti bu futbolçuların şərəfini qoruduğu "İnter Mayami" və "Əl-Nasr" klubları arasında yoldaşlıq oyunu keçirməyə hazırlaşır.


Matçın Çində oynanılması planlaşdırılır. Danışıqlara start verən şirkət oyunun qış aylarında keçirilməsini düşünür.
Qeyd edək ki, hər iki futbolçunun iştirakı ilə sonuncu görüş yanvarda baş tutub - o zaman Ər-Riyad klubu  PSJ-yə (4:5) uduzub.