Ötən gecə "Liverpul" Çempionlar Liqasında əsas mərhələnin ilk turunda evdə Madrid "Atletiko"sunu 3:2 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, İngiltətə klubunun heyətində fərqlənənlərdən biri də Məhəmməd Salah olub ki, bu da onun turnirdə 48-ci qolu olub.

 

Bununla da misirli futbolçu mötəbər turnirin bombardirlər siyahısında 11, 12-ci yerləri bölüşən Andriy Şevçenko və Zlatan İbrahimoviçlə çatıb.

 

Qeyd edək ki, tunirin ən məhsuldar futbolçusu isə aktivində 140 qol olan Kriştiano Ronaldodur.