Azərbaycan atleti Əlhəm Nağıyev Tokioda keçirilən dünya çempionatında mübarizəni başa vurub. Sport24.az bu barədə Azərbaycan Atletika Federasiyasına istinadən bildirir.

 

O, 200 metr məsafəyə qaçışda 48-ci yeri tutub. Məsafəni 21.10 saniyəyə qət edən Ə.Nağıyev yarımfinala yüksələ bilməyib.

 

İdmançı seçmə mərhələdə botsvanalı olimpiya çempionu Letsil Teboqo ilə eyni start xəttini paylaşıb.