"Real"ın (Madrid) hücumçusu Kilian Mbappe İngiltərə Premyer Liqasının cari mövsümündə qələbə uğrunda mübarizə aparacaq komandalar haqda fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, "Bild"ə danışan fransız forvard çempionluq mübarizəsinin "Liverpul"un şanslarını qabardıb: 

 

"Əlbəttə, ilk növbədə "Liverpul"u qeyd etməliyik. Çünki onlar ardıcıl titul qazanmaq əzmindədirlər. Amma "Arsenal"a da böyük ümidlər bəsləyirəm, çünki komandanın özəyi çoxdan bir-birini tanıyır və bu, futbolda həlledici amildir. Konkret olaraq çempionluğu hansı komandanın qazanacağını demək isə çətindir. "Arsenal"ı da qeyd etmək mümkündür. Bəlkə də, bu il onların ili olacaq. Təbii ki, "Mançester Siti" və ya "Liverpul" demək daha asan işdir"

 

Qeyd edək ki, İngiltərə çempionatında üç turdan sonra "Liverpul" 9 xalla birinci, "Arsenal" üçüncü (6), "Mançester Siti" 13-cü (3) pillədə qərarlaşıb.