"Real"ın baş məşqçisi Alvaro Arbeloa futbolçusu Kilian Mbappenin durumu haqda danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis 27 yaşlı hücumçunun zədədən tam sağaldığını və Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində "Benfika"ya qarşı oynamağa hazır olduğunu açıqlayıb:

 

Arbeloanın sözlərinə görə, fransalı forvard məşqçilər heyətinin ehtiyatlılığı səbəbindən "Real Sosyedad"a qarşı əvvəlki oyunda iştirak etməyib, lakin hücumçunun hazırda səhhətində heç bir problem yoxdur.

 

Arbeloa deyib: "Real Sosyedad"la oyunda onu riskə atmaq istəmədik, amma indi yaxşıdır."

 

Qeyd edək ki, "Benfika" - "Real" matçı Mərkəzi Avropa vaxtı ilə 17 fevral, saat 21:00-da, Bakı vaxtı ilə 18 fevral saat 00:00-da başlayacaq.