"Beşiktaş"ın hücumçusu El Bilal Ture sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

24 yaşlı forvardın sol bud əzələsində qanaxma və yırtıq (biseps bud əzələsi) aşkarlanıb. Malili oyunçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Xatırladaq ki, hücumçu ötən gün Türkiyə Super Liqasının XXII turunda "Başakşəhər"lə keçirilən matçda (2:3) zədələnərək meydanı tərk etmişdi.

 

Qeyd edək ki, "Beşiktaş" El Bilal Tureni bu ilin avqust ayında "Atalanta"dan icarəyə götürüb.