Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.
Əvvəlcə "Şamaxı" "Turan Tovuz"u qəbul edib. Oyunda 0:0 hesabı qeydə alınıb. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" qalib gəlib - 2:1.