“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” heyətini məşhur futbolçu ilə gücləndirmək istəyir. Sport24.az xəbər verir ki, Fransa təmsilçisi qış fasiləsində “İnter”in futbolçusu Arturo Vidalı transfer etməyə çalışacaq.

Belə ki, baş məşqçi Xorxe Sampaoli Çili millisində rəhbərliyi altında çıxış edən bu təcrübəli futbolçunu yenə sərəncamında görmək istəyir. 34 yaşlı Vudalın milanlılarl müqavilə müddəti mövsümün sonuna qədər olsa da, əsas heyətə düşə bilmədiyi üçün yanvarda ayrılmağı planlaşdırır.

​Xatırladaq ki, “Marsel”lə “Qarabağ” arasında oyunlar fevralın 17-də və 24-də baş tutacaq.