Sotheby's hərrac evi futbol tarixinin mühüm bir parçası üçün yeni sahib tapıb. Sport24.az xəbər verir ki, bu barədə hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Ötən gün argentinalı əfsanə Dieqo Maradonanın 1986-cı il dünya çempionatında taxdığı kapitan sarğısı satılıb.
Məhz bu sarğı ilə Maradona1/4 finalda İngiltərəyə və Qərbi Almaniyaya qarşı finalda meydana çıxıb.
İngiltərəyə qarşı oyunda Maradona futbol tarixinin ən məşhur qolunu vurub: "Tanrının əli" və ya "Əsrin qolu".
Qeyd edək ki, daha əvvəl, Pelenin 1958-ci il dünya çempionatının finalında geyindiyi formanın eyni hərracda 4,88 milyon dollara satıldığı bildirilmişdi.