"Mançester Yunayted" kapitanı Bruno Fernandes qış "transfer pəncərəsi"ndə klubdan ayrılmağı düşünmür. Sport24.az xəbər verir ki, bu barədə "BBC Sport" məlumat yayıb.
Fernandes, Amorimin istefasından sonra onun köməkçiərindən biri olan Karlos Fernandes ilə görüşüb ki, bu da bəzilərində 31 yaşlı futbolçunun klubdan ayrılmaq istəyinə düşə biləcəyi qorxusunu artırıb. Mənbələrin sözlərinə görə, baş verən məsqçi dəyişikliyinə baxmayaraq, Fernandes "qırmızı şeytanlar"ı tərk etmək niyyətində deyil.
Qeyd edək ki, Bruno Fernandesin klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır. Onunla bir neçə ərəb klubu maraqlansa da, o, Avropada qalmağı üstün tutur.