"Mançester Yunayted" qış "transfer pəncərəsi"ndə "Brayton"un mərkəz yarımmüdafiəçisi Karlos Balebin mümkün transferi ilə bağlı danışıqlar aparıb. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Mançester Yunayted" müqavilənin şərtlərini araşdırıb, "Brayton" rəhbərliyi isə oyunçunun yaya qədər düşərgədə qalmasında israr edir.
"Mançester Yunayted" 2026-cı ildə yarımmüdafiə xəttini bir və ya iki əsas oyunçu ilə gücləndirməkdir. Klub əsasən diqqətini yay transferlərinə yönəldib. Ancaq yanvarda da hansısa futbolçunun keçidi istisna olunmur.
Qeyd edək ki, Balebdən başqa, "Mançester Yunayted"in əsas hədəfləri arasında "Nottingem Forest"dən Elliott Anderson, "Kristal Pelas"dan Adam Uorton və "Vulverhempton"dan Rodriqo Martins Qomes də var.