"Nyukasl" "Mançester Siti"nin yarımmüdafiəçisi Niko Qonsalesi transfer etməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

"Sağsağanlar" danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər. "Mançester Siti" ilə müqavilə demək olar ki, bağlanıb və oyunçunun özü ilə danışıqlar bu həftə davam edəcək.

 

Qonsales 2025-ci ilin qışında 60 milyon avro qarşılığında "Porto"dan "Mançester Siti"yə keçib.

 

Qeyd edək ki, ispaniyalı ötən mövsüm bütün turnirlərdə 41 oyunda iştirak edib və 2 qolla yadda qalıb. Cari 2futbol ili"ndə isə "Arsenal" ilə Super Kubok matçında meydanda olub.