"Mançester Siti"nin qapıçısı Ceyms Trafford komandaya qayıtdıqdan cəmi beş ay sonra klubdan ayrılmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Goal.com" saytı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, mövsümün əvvəlində qapıçının "Nyukasl"a keçməsi gündəmdə olsa da, "şəhərlilər" Traffordun "saqqızını oğurlamağı" bacardı. Hazırda "Siti"nin əsas qapıçısı Canluici Donnarummadır. İngilis qolkiper isə indiyə qədər "Mançester Siti"nin heyətində bütün turnirlərdə altı oyun keçirib.

 

Qeyd edək ki, Traffordun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayında başa çatır.