Xorvatiya çempionatının qarçıdakı turunda "Dinamo" - "Hayduk" derbisi əsas diqqət mərkəzindədi. Sport24.az xəbər verir ki, yerli mətbuat dekabrın 17-də baş tutacaq bu görüşü buraxmaq təhlükəsi olan futbolçular arasında millimizin üzvü Mahir Emrelinin adını da qeyd edib: "Nəzərə alsaq ki, komandalar bu matçadəkhərəyə bir oyun keçirməli olacaq, növbəti sarı vərəqəsi 3-cü olacaq futbolçulara xüsusi diqqət yetirməlidi. Buna görə həmin oyunçular derbini buraxa bilər. Həm "Dinamo"da, həm də "Hayduk"da bu problemi olan 5 futbolçu var. Zaqreb klubundan Dino Periç, Qabriel Vidoviç, Kevin Teofil-Ketrin, Yosip Mişiç və Mahir Emreli, Split təmsilçisində isə Zvonimir Şarliya, Emir Saiti, Niko Siqur, İvan Dolçek və Antoni Kalik təhlükə altındadı".