"Liverpul" futbolçusu Məhəmməd Salahla yeni müqavilə danışıqlarını davam etdirir. Sport24.az xəbər verir ki, tərəflər hazırda 1+1 illik sözləşmə şərtlərini müzakirə edir.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Salahın indiki müqaviləsi 2025-ci ilin iyuluna kimidir. O, bu mövsüm Premyer Liqada 16 oyunda 15 qol vurub, 11 məhsuldar ötürmə edib.