"Liverpul" yol qəzasında dünyasını dəyişən Dioqo Jotanın 2027-ci ilə qədər müqaviləsində göstərilən maaşı ailəsinə ödəyəcək. Sport24.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.

 

Klub daha əvvəl portuqaliyalı futbolçunun geyindiyi 20 nömrəli formanın əbədiləşdirilcəyini də bəyan etmişdi.

 

Qeyd edək ki, Jota 2020-ci ilin sentyabrında "Vulverhempton"dan "Liverpul"a keçib. O, bütün yarışlarda 182 oyun keçirib, 65 qol vurub və 26 məhsuldar ötürmə edib. Jota "Liverpul"un heyətində İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb. Hücumçu Portuqaliya millisi ilə birlikdə iki dəfə Millətlər Liqasının qalibi olub.