Ötən gecə Argentina millisi yoldaşlıq görüşündə Puerto-Rikonu 6:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, bu oyun Lionel Messi üçün əlamətdar olub.
Argentinalı ulduz millinin heyətində iki məhsuldar ötürmə etməklə futbol tarixinin ən yaxşı assistenti olub.
Hazırda onun aktivində 60 məhsuldar ötürmə var. Neymar (Braziliya) və Landon Donovanı (ABŞ) bu göstərici 58-dir.