"İnter Mayami"nin hücumçusu Lionel Messi klubun MLS Kubokundakı qələbəsinə münasibət bildirib. Argentinalı ulduz bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib: 

 

"Mayamiyə gəldiyimdən bəri bu günü arzulayırdım. Biz böyüdük, irəlilədik və nəhayət bu çempionluğa çatdıq. Dəstəklərinə görə ailəmə və bütün azarkeşlərə, bütün komandaya, işçi heyətinə və rəhbərliyə ambisiyaları və zəhmətlərinə görə təşəkkür edirəm.

Bu səyahətdə mənə qoşulduqları və mükəmməl bir nəticəyə gəlməyə kömək etdikləri üçün Busi və Jordiyə də təşəkkür edirəm. Bu anı sizinlə bölüşməkdən inanılmaz dərəcədə məmnunam".

 

Qeyd edək ki, final matçında "İnter Mayami" "Vankuver Uaytkeps"i 3-1 hesabı ilə məğlub edərək Şimali Amerika Liqasının qalibi olubı.