"Bavariya"nın və Almaniya millisinin futbolçusu Leroy Sane əməliyyat olunub.

Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qasıq nahiyəsindən əməliyyat edilən 28 yaşlı yarımmüdafiəçinin iyulun sonunda məşqlərə başlayacağı bildirilib.

Qeyd edək ki, Sane Almaniya millisinin heyətində Avro-2024-ün oyunları zamanı zədələnib.