"Barselona"nın 18 yaşlı futbolçusu Lamin Yamalın sevgilisindən ayrılmasının səbəbi məlum olub. Sport24.az xəbər verir ki, bu barədə "EltreceTV" məlumat yayıb.

 

Futbolçunun ailəsi argentinalı reper Niki Nikolu bəyənməyib. 

 

Mənbənin sözlərinə görə, 18 yaşlı futbolçunun atası qızı bəyənməyib və oğluna Nikini bir daha görməməyi tapşırıb. Yamalın atası həmçinin futbolçuya şəxsi həyatından daha çox peşəkar karyerasına diqqət yetirməyi tapşırıb.

 

Cütlük münasibətlərini 2025-ci ilin avqust ayında futbolçunun birlikdə çəkdirdiyi şəkli paylaşaraq təsdiqləyib. Ayrıldıqları isə dünən məlum olub.