"Barselona"nın baş məşqçisi Hans Flik Ramazan ayı barədə danışıb. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis komandada oruc tutan yeganə futbolçunun Lamin Yamal olduğunu deyib:
"Hər bir oyunçu üçün aydın bir planımız var. Fiziki vəziyyətlərini qoruyub-saxlamaları üçün qidalanma, istirahət müddətləri və məşq proqramları da daxil olmaqla, onların fəaliyyətlərini ətraflı şəkildə izləyirik. Düşünürəm ki, Lamin Yamal komandada oruc tutan yeganə futbolçudur".