Lider "Sabah" Misli Premyer Liqasının 21-ci turunda öz meydanında "Kəpəz"i qəbul edəcək. Sport24.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv oyunun hazırlığını başa vurub.
Qeyd edək ki, "Sabah" - "Kəpəz" qarşılaşması sabah "Bank Respublika Arena"da keçiriləcək və saat 17:00-da start götürəcək.