Real" qapıçısı Tibo Kurtua ilə müqaviləsini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

33 yaşlı qapıçı ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Madrid təmsilçisinin yaxında bu haqda rəsmi açıqlama yayacağı gözlənilir.

 

Kurtuanın da əvvəlki müqaviləsi isə 2026-cı ilin yayına qədər idi.

 

Belçikalı qolkiper 2018-ci ilin yayından "Real"da çıxış edir. Ötən mövsüm qapıçı bütün yarışlarda 53 oyun keçirib, 17görüşdə qapısını təmiz saxlayıb.